HAQQIMIZDA
Bestall MMC qida və qeyri-qida, kənd təsərrüfatı, tikinti, nəqliyyat, neft sektoru sənayəsində fəaliyyət göstərən şirkət və sahibkarlara müasir tələblərə cavab verən məhsulların və xidmətlərin təchiz edilməsini təklif edir. Şirkətimiz daxili bazarla yanaşı, dünyanın müxtəlif ölkələrində istehsal olunmuş, sifarişçilərin tələbinə uyğun, keyfiyyətli məhsulların vaxtında müştərilərə çatdırılmasını təmin edir.
Günbəgün dəyişən və inkişaf edən şirkətlərdə alış siyasəti daha çox rol oynayır. Bizimlə əməkdaşlıq Sizlərə əlavə vaxt qazandıraraq gərəksiz xərclərdən azad olmaq imkanı yaradacaqdır. Hədəfimiz tələbiniz üzrə mal və xidmətlərin tam zamanında, münasib qiymətlə tələb olunan yerə çatdırmaqdır. Təchizat koalisiyamızda 30-dan çox ixtisaslı mütəxəssis fərqli sahələrdə sorğunuzu qısa zamanda araşdırıb uyğun və münasib təklifləri sizinlə bölüşüb, rəyiniz əsasında tələb edilən mal-material və xidmətləri təchiz edəcəkdir.
XİDMƏTLƏR
Şirkətimizin adını özümüzə şüar seçərək sahibkarlara A-dan Z-ə istənilən material və xidmət təchizatını təklif edirik.
Qida və qeyri-qida sənayesi zavod və fabriklərinə ehtiyac olan ehtiyyat hissələrinin qısa zamanda təmin edilməsi. (xarici bazardan təmin edilməsi daha dəyərli və uzun müddət tələb etdikdə öz emalatxanalarımızda nerj, bürünc, kapralon və ftoroplastdan hissələrin hazırlanması)
Qida və Qeyri qida zavodlarında istehsal prosesində istifadə edilən xammalları, qatqıların təchiz edilməsi
İstehsalat prosesi zamanı , istehsalat prosesi sonrası yuma və dezinfeksiya üçün istifadə olunan maddələr, antiseptik vasitələrin təchiz edilməsi
Şərabçılıq, şirə, limonad istehsalçıları üçün qida spirtlərinin, karbon qazı, istənilən həcmdə və görünüşdə şəffaf və rəngli şüşələr və pet qablar, yerli və xarici istehsalçılardan müxtəlif materiallarda və dizaynda yüksək keyfiyyətli etiketlərin, istənilən ölçüdə PVX və Polilaminat kapsulaların, müxtəliq qalınlıqda və ölçüdə karton qablaşdırmaların və hədiyyəlik qutuların təchiz edilməsi
Nerj materialların və aksesuarların təchiz edilməsi
Marketing və Reklam işləri (dizayn işləri , stendlərin hazırlanması, kataloq, qiymət kağızları, flayer və s. çap işləri, promo məhsullar, etiket, kapsula, qablaşdırmaların dizaynı və hazırlanması)
İT sahəsi üzrə istənilən malların və xidmətlərin təchiz edilməsi
Fərdi mühafizə vasitələri və işçi geyimlərinin təchiz edilməsi
Təmizlik vasitələri və offis ləvazimatlarının təchiz edilməsi
Streç və Politelin neylon, birdəfəlik qablar, birdəfəlik əlcək və baxillərin təchiz edilməsi
Ağır texnika, yük maşınları , kənd təsərrüfatı texnikaları və aqreqatların ,ehtiyyat hissələrinin və şinlərin təchiz edilməsi
Mühərrik, hidrovlik və sürtkü yağları, qida sənayesində istifadə edilən NSF və Halallıq Sertifikatı olan yağların təchiz edilməsi
Tikinti materialları, elektrik malları və alətlərin təchiz edilməsi
Metal məmulatların ( boru, profil, künclük, vərəqlər və s ) təchiz edilməsi
Gübrə və Bitki mühafizə vasitələrinin təchiz edilməsi
Qazanxana, kompressor, generator, transformator, nasos, havalandırma sistemləri, istehsalat qurğularının təchiz edilməsi
Su hövzələrinin qazılması və dərinləşdirilməsi üçün istifadə edilən lilsovuran gəmilərin (dredger), qızıl mədənlərində süxurların yuyulması, qum karxanalarında istifadə edilən qurğuların təchiz edilməsi
Lift, eskalator və qaldırıcı qurğuların alışı zamanı konsultasiya xidməti
Təchizat və Satınalma Sisteminin Qurulması- Müqavilə əsasında şirkətdaxili satınalma və təchizat sisteminin qurulması, komandanın idarə edilməsi və heyətə təlim keçirilməsi xidməti
Malların gömrük rəsmiləşdirilməsinin sürətli və qanunvericiliyə uyğun şəkildə aparılması (Qısa idxal bəyannamələrinin tərtibi, yükün gətirildiyi və ya aparıldığı gömrük proseduruna müvafiq şəkildə gömrük bəyannamələrinin tərtibi, ödənişlərin vaxtında hesablanaraq öncədən məlumat verilməsi, yükün sahibinə operativ çatdırılması)
Anbar xidmətləri- nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılıb anbarda saxlancı, streçləmə, soyuducu kameraların icarəsi
Logistika xidmətlərinin göstərilməsi (Daxili və Beynəlxalq Yükdaşımalar)